Ərdoğandan zəlzələdən sonra paylaşılan fotoya sərt reaksiya - FOTO
10:32 / 27.09.2019
1007
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı zəlzələdən sonra sosial şəbəkədə paylaşılan fotoya münasibət bildirib.
Sfera.az bildirir ki, zəlzələdən sonra Fatih Sultan Mehmet və Yavuz Sultan Səlim körpülərində dağıntı olduğu iddia edilmişdi. Ərdoğan guya körpülərin dağılmasını əks etdirən şəkillərin paylaşımlarını düşüncəsizlik adlandırıb:
"Bu məqamda çoxlu açıqlamalar verən ola bilər. Onlar sizi çaşdırmasın. Körpülərdən istifadə etməyin deyənlər, bunu fürsətə çevirmək istəyənlər var.
Gördüm bir qadın tvit yazıb ki, körpülərin asılqanları qopub. Belə düşüncəsiz insanlar var. Zəlzələdə acınacaqlı bir xəbər almadıq. Hər şey nəzarətimdədir. İstanbullular başda olmaqla, bütün xalqıma keçmiş olsun deyirəm”.
(qafqazinfo)