İnklərin itmiş şəhərinin sirri açılıb

İnklərin itmiş şəhərinin sirri açılıb
 

Braziliyadakı Riu-Qrandi-du Sul Federal Universitetinin alimləri dəniz səviyyəsindən iki kilometr yüksəklikdə yerləşən inklərin Maçu Pikçu şəhərinin sirrini aşkar edib.

Məlum olub ki, inşaatçılar buranı tikintiyə yararlı material mənbəyi olduğu üçün seçiblər. Elmi işin nəticələri Amerika Geoloji Cəmiyyətinin konfransında təqdim olunub.

Arxeoloqlar peyk şəkilləri və sahə araşdırmalarının nəticələrini təhlil edib və sonra Maçu Pikçunun  altında uzunluğu hətta 175 kilometrə çatan geoloji nöqsanlar xəritəsini hazırlayıblar. Xəritədə göstərilənlər şimal-şərqdən cənub-qərbə və şimal-qərbdən cənub-şərqə uzanır və inklərin şəhəri altında kəsişir. Digər şəhərlər - Olyantaytambo, Pisak və Kusko da oxşar "yol kəsişmələrində” inşa olunub.
 

Çatlar güclü yağışlar zamanı fəlakətli daşqının qarşısını almağa kömək edən təbii axıntılar rolunu oynayır. Dağıntılar həmçinin inkləri məbəd və digər tikililər üçün daşlarla təmin edir, bu da insanların tikintiyə daha az enerji sərf etməsinə şərait yaradırdı.

Bundan əlavə, əsas sektorlar, bina və pilləkənlər geoloji boşluqların istiqamətinə uyğun qurulurdu. Bu təhlilə görə, Maçu Pikçunun planı dağıntı və çatlaqların xəritəsi ilə üst-üstə düşür.

İnklərin itmiş Maçu Pikçu şəhəri müasir Peru ərazisində yerləşir. O, dağ silsiləsinin başında, dəniz səviyyəsindən 2450 metr yüksəklikdə salınıb. Şəhərin XV əsrdə qurulduğu hesab olunur. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Bakı metrosunda qatarın tavan hissəsindən su axması müşahidə edildi

Bu gün "Bakı Metropoliteni" QSC-də qatarlardan birinin sərnişin salonunun tavan hissəsindən su axması qeydə alınıb.   Sfera.az səhmdar cəmi...

"ABŞ Rusiyaya tərəfdaşlıq təklif edəcək, lakin..." - Drize

“Birləşmiş Ştatlar Rusiyaya tərəfdaşlıq təklif edəcək, lakin yalnız birtərəfli qaydada — Amerika lider olmalıdır”.   Sfera.az bildi...

Nigeriyada yataqxanada yanğın baş verdi - 17 nəfər öldü

Nigeriyada məktəb yataqxanasında yanğın baş verib, nəticədə 17 nəfər həlak olub. Sfera.az xəbər verir ki, bu barədə yerli “Guardian Nigeria” nəşr...

“Birbank Miles Dark Kartı ilə üfüqləri genişləndirin!”: İndi səyahət daha rahat və sərfəlidir

"Birbank Private" müştərilərinə eksklüziv xidmətlər, unikal imtiyazlar təklif etməyə davam edir. Belə ki, Birbank Private, "PAŞA Travel" və ...

Prezident bu naziri vəzifəsindən azad etdi - SƏRƏNCAM

Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib.   Sfera.az xəbər verir ki, ...

“Yaxın Şərq Rivierası”... - Trampın Qəzza ilə bağlı planı mediaya SIZDI

Trampın Qəzza zolağına tam nəzarət, o cümlədən milyonlarla fələstinlinin qonşu ölkələrə məcburi köçürülməsi istiqamətində açıqlamaları dünya mediasında səs-küy ...