“Bıçaq və ütü ilə başından çoxlu zərbə vurulub” - Baş Prokurorluq

“Bıçaq və ütü ilə başından çoxlu zərbə vurulub” - Baş Prokurorluq
Ağcabədidə qadın tamah məqsədi ilə öldürülüb.
Baş Prokurorluqdan "Qafqazinfo”ya verilən məlumata görə, polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayonunda qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb. Belə ki, fevralın 10-da saat 21-30-da rayon sakini, 1956-cı il təvəllüdlü Kamilə Əhmədovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilən tədbirlər nəticəsində cinayətin Ağcəbədi şəhər sakinləri, 1983-cü il təvəllüdlü Cəlal Mənsimov və 1985-ci il təvəllüdlü Samir İsayev tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından, onlar fevralın 14-də tutularaq istintaqa cəlb olunublar.
İstintaqla müəyyən edilib ki, fevralın 10-da C.Mənsimov S.İsayevlə qabaqcadan əlbir olaraq tamah məqsədilə K.Əhmədovanın yaşadığı evə daxil olmaqla bıçaq və ütü ilə onun baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürüb, daha sonra mənzidə qızıl və digər qiymətli əşyaların axtarışı nəticəsiz qaldığından onlar hadisə yerini tərk ediblər. İstintaq zamanı üzərində qanabənzər ləkələr olan bir ədəd mətbəx bıçağı hadisə yerinin yaxınlığından tapılaraq maddi sübut kimi götürülüb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in &quo...

Bu şəxslər cərimələnəcək - 800 manatadək...

Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə ç...

"Sinvarın ölümü ilə HƏMAS-a dəstək olan dövlətlər belə..." - ŞƏRH

Ötən gün İsrail ordusu HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyünü bildirib. Ordunun məlumatına görə, Qəzzadakı əməliyyatlarda 3 terrorçu məhv edilib və onlardan ...

Elm və təhsil naziri Tovuzda vətəndaşları qəbul etdi

Oktyabrın 18-də elm və təhsil naziri Emin Əmrullayev Tovuz şəhərində vətəndaş qəbulu keçirib.   Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyindən...

COP29-da bu insanlar da iştirak edə biləcəklər

COP29-un keçiriləcəyi sahələrdəki sıxlıqdan başlayaraq nəqliyyat sisteminin əlçatanlığına qədər hər şeyi nəzərə almışıq.   Sfera.az xəbər verir ki, b...

Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ

Bakıda və Abşeron yarımadasında oktyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometrologiya Xidmətində...