Sumqayıtda zəncirvarı qəza baş verib, xəsarət alanlar var - FOTOLAR

Sumqayıtda zəncirvarı qəza baş verib, xəsarət alanlar var - FOTOLAR
 

Sumqayıtda zəncirvarı qəza baş verib.

Sfera.az bildirir ki, olay şəhərin Babək küçəsində qeydə alınıb. "Opel Zafira" markalı avtomobil qarşısında hərəkətdə olan "VAZ-21015" markalı avtomobilə dəyib. Zərbənin təsirindən "VAZ-21015" markalı avtomobil "Mercedes"ə çırpılıb. Yoldan çıxan "Mercedes" ağaclara dəyib.

Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. 

 

Faktla bağlı araşdırma aparılır. (APA)


OXŞAR XƏBƏRLƏR