Universitetdə partlayış zamanı 5 nəfər xəsarət alıb

Dünya
10:40 / 26.09.2019
1118
Kolumbiyada universitetdə partlayış törədilib.
Sfera.az xəbər verir ki, bu barədə "El Tiempo" nəşri məlumat yayıb.
Məlumata görə hadisə paytaxt Boqotada qeydə alınıb. Partlayış ali məktəb binası yaxınlığında etiraz aksiyası keçirilərkən törədilib. Nəticədə 5 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.