Bu milyonluq bağ evi Manafın deyil? - Dünyanın hər yerində mənim evim var - FOTO

Bu milyonluq bağ evi Manafın deyil? - Dünyanın hər yerində mənim evim var - FOTO
 

"Deyirlər, bağ evi sizin deyil, dostunuzun bağ evidir". 

Sfera.az milli.az-a istinadla xəbər verir ki, bu sualla Zaur Kamal "5/5"də evindən birbaşa canlı bağlantı etdiyi Manaf Ağayevə müraciət edib.

Berlin səfərindən Bakıya yeni qayıdan sənətçi bu məlumatı təkzib edib:

"Burada "kupça" var da. Niyə, biz nə gündə kişiyik ki, kiminsə bağında qalırıq! Nə məcburdur ki? Yoxdur, yoxdur da. Dünənə kimi olmamışdı, ölürdük ki? 25 ildən çoxdur... 

Zaur, sən bilirsən ki, mən yataqxanada da qalanda göstərmişəm ki, mən burada qalmışam. Bağ indi nə böyük şeydir ki? Mənim üçün çox azdır o. Hələ ondan böyükləri olmalıdır. 35 ildir can qoyuruq, bir bağımız var da, nəyimiz var. Restoranımız yox, şadlıq evimiz yox. Nə gündəyik ki, kiminsə bağında gedək qalaq? Var qalırıq, yoxdur da bağı olmayanlar ölür ki, mən də ölürəm?!" 

Zaur ardınca Manaf Ağayevə "Hara gedirsiniz arxanızca kütlə gəlir. Rusiyaya gedirsiniz hava limanında sizi bahalı-bahalı maşınlarla qarşılayırlar. Hara gedirsiniz belə. Bu hörməti necə qazandınız?" sualını ünvanlayıb.

Manaf suala "Mən bunun üçün can qoymuşam. Mən bunun üçün pul xərcləmişəm, əziyyət çəkmişəm. Heç kim heç kimi elə-belə gəlib çox istəmir. Ona görə də dünyanın hər bir yerində mənim evim var. Bu boğazdan yuxarı deyil. Doğrudan olanı deyirəm. Dünyanın harasına gedək, mənim orada evim var" cavabını verib.



OXŞAR XƏBƏRLƏR

Paraşütlə qayalara çırpılan qadınla bağlı yeniTƏFƏRRÜAT

İyulun 7-də Siyəzən rayonunda, “Beşbarmaq piri” adlanan ərazidə paraşütlə qayalara çırpılaraq həyatını itirən Məcidova Nuranə Tofiq qızı Bakıda yaşa...

Ginekoloq Aygün Məmmədovadan Avstriyada uğurlu çıxış- FOTOLAR

Ginekoloq Aygün Məmmədova 29 iyun - 5 iyul tarixlərində Avstriyanın Zalsburq şəhərində keçirilən “Weill Cornell Seminar in Obstetrics and Gynecology&rdquo...

İranla sərhəddə narkotik qaçaqmalçılığına zərbə – 42 kq narkotik vasitə tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...

Mədəniyyət Nazirliyi Rusiya ilə bağlı o sənədi təkzib etdi - FOTO

Azərbaycan Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürməyib.   Sfera.az xəbər verir ki, bu barədə Mə...

“20 yanvar” metrostansiyası yaxınlığında yanğın- VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığında açıq...

Rusiyalı nazir Bakıya gəldi

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMÜT) iclasında iştirak etmək üçün Bakıya gəlib.   Sfera....