Goranboy sakinini ilan sancıb

Hadisə
17:23 / 25.09.2019
2035
Goranboy rayonunun Qızılhacılı kəndində orta yaşlı kişini ilan sancıb.
Sfera.az bildirir ki, rayonun Qızılhacılı kənd sakini, 1970-ci il təvəllüdlü Etibar Həsənovu həyətdə iş görən zaman ilan sancıb. O, xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib və hazlrda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (report)