Nikahdankənar 17 mindən çox uşaq doğulub

Nikahdankənar 17 mindən çox uşaq doğulub
 

Ötən il Gürcüstanda 17 375 uşaq nikahdankənar doğulub.

Sfera.az bildirir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Nikahdankənar dünyaya gələn uşaqlar ümumi doğulanların 34%-ni təşkil edib. Hesabatda qeyd olunub ki, nikahdan kənar doğum hallarının yüksək səviyyəsi dini nikahların nəticəsidir ki, bunun da heç bir hüquqi əsası yoxdur.

Qonşu ölkədə 2016-cı ildə nikah olmadan doğulanların sayı 18 104, 2017-ci ildə 18 689 təşkil edib. 2018-ci ildə rəsmi nikahla dünyaya gələn uşaqların sayı isə 1 394 nəfər artaraq 33 760-a bərabər olub.

2018-ci ildə Gürcüstanda diri doğulanların 26 538-i oğlan, 24 600-ü isə qız olub. Cinsi nisbətə gəlincə doğulan 100 nəfər qız uşağına 107,9 oğlan düşüb. (report)


OXŞAR XƏBƏRLƏR