“Bavariya”nın prezidenti Almaniya millisini hədələyib

“Bavariya”nın prezidenti Almaniya millisini  hədələyib
 

"Bavariya” klubu futbolçularını Almaniya milli komandasına buraxmaqdan imtina edə bilər.

Sfera.az bildirir ki, bunu Münhen təmsilçisinin prezidenti Uli Höness açıqlayıb.

Yığmanın iki qapıçısı – Manuel Noyer və Andre Ter-Şteqen arasında münaqişəyə biganə qalmayan klub rəhbəri əsas komandanı boykotla hədələyib: "Əgər Noyeri milliyə çağırmağı dayandırsalar, biz oyunçularımızı ora göndərməyəcəyik. Bizi belə vəziyyət qane etmir. Bununla bağlı baş məşqçi Yoahim Lövlə söhbət etməyəcəyəm. O, artıq nə dediyimi eşidib”.

 

"Barselona”nın qapıçısı A.Ter-Şteqen yığmada M.Noyerin əvəzləyicisi olmaq istəmədiyini açıqlayıb ki, bu da qolkiperlər arasında söz savaşı ilə nəticələnib. U.Höness hesab edir ki, baş məşqçi Yoahim Löv məsələdə sözünü deməlidir: "Löv cənab Ter-Şteqenlə danışmalıdır. Baş məşqçi onu küncə qoymalı və belə açıqlamaların məqbul olmadığını izah etməlidir”.

Qeyd edək ki, A.Ter-Şteqen AVRO-2020-nin seçmə mərhələsinin bu ay keçirilən son iki oyununda da M.Noyerlə rəqabəti uduzaraq ehtiyatda qalıb.

 

OXŞAR XƏBƏRLƏR

Göygöldə TIR sürücüsü olan Türkiyə vətəndaşı ÖLDÜ

Bakı-Qazax magistral yolunda Türkiyə vətəndaşı olan sürücü vəfat edib.   Sfera.az-ın məlumatına görə, Bakı-Qazax magistral yolunun Göygöl rayonu əraz...

Leyla Əliyeva Keniya Prezidenti ilə GÖRÜŞDÜ - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nayrobi şəhərində Keniya Prezidenti Uilyam Samoei Ruto ilə görüşüb.   Sfera.az xəbər verir...

Xalq artisti Ofeliya Sənani palataya köçürüldü

Xətai Tibb Mərkəzinin Reanimasiya şöbəsində müalicə alan Xalq artisti Ofeliya Sənani palataya köçürülüb.   Sfera.az xəbər verir ki, bu barədə AP...

Şirkətlər banklardan 1,8 milyard manatdan çox depoziti geri çəkdi - SƏBƏB

Son bir ayda Azərbaycanda şirkətlər banklardan 1,8 milyard manatdan çox depoziti geri çəkib.   Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Eld...

Pakistanda terror hücumu nəticəsində azı 16 hərbçi öldü

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində hərbi nəzarət-buraxılış məntəqəsinə hökumətə müxalif qruplara məxsus döyüşçülərin hücumu nəticəsində azı...

Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı AÇIQLANDI

İndiyədək bələdiyyə seçkilərində 755 nəfər namizəd kimi qeydə alınıb.   Sfera.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçir...