Qaralmaq istədi, xərçəngə tutuldu - FOTO

ABŞ-ın Oklahoma ştatının Morrison şəhərində bir qadın qaralmaq sevdasından yaranan dəri xərçənginə görə burnunda dəliklə yaşamalı olub.
Bu barədə "Unilad” saytı xəbər verir.
2018-ci ilin avqust ayında Rapp yanağında qaraltı olduğunu görüb və dermatoloqa gedib. Həkim xəstənin burnunun ucunda parlaq kölgə müşahidə edib və onu analizə göndərib. Qadının dəri xərçənginə yaxalandığı məlum olub. O, "Moos” əməliyyatı keçirib. Prosedur zamanı dəri sağlam hüceyrələrə qədər qaşınır.
Prosedurdan sonra Rappın burnunda dəlik əmələ gəlib. Həkimlər bu dəliyi qadının alnından götürülmüş dəri örtüyü ilə bağlayıblar.
Rapp insanlara günəşdən qoruyan vasitələrdən istifadə etmələri üçün öz hekayəsini danışmağa qərar verib. O, indi öz uşaqlarını da bu vasitələrdən istifadəyə məcbur edir.(oxu.az)