Ərdoğan: "Azərbaycan torpaqlarının işğal altında saxlanılması qəbuledilməzdir"

Dünya
21:01 / 24.09.2019
2731
"Cənubi Qafqaz dünyanın problemli bölgələri sırasından çıxarılmalıdır”.
APA-nın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən iclasda bildirib.
R. T. Ərdoğan deyib ki, BMT-nin qəbul etdiyi qətnamələrə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları hələ də Ermənistanın işğalı altındadır: "Azərbaycan torpaqlarının işğal altında saxlanılması qəbuledilməzdir”.