Partlayış nəticəsində bina uçub, 9 nəfər yaralanıb

Hadisə
17:06 / 23.09.2019
1129
Avstriyanın Tirol Federal Torpağında supermarketdə təbii qazla işləyən qurğunun partlaması nəticəsndə 9 nəfər xəsarət alıb.
Sfera.az xəbər verir ki, hadisə sentyabrın 23-də Sankt Yodok am Brenner rayonunda baş verib.
Yanğından sonra partlayış baş verib. Rayonun burqomisteri Klaus Unqerank deyib ki, çox güclü partlayış olub: "Nəticədə bina uçub. Bura çox fəlakətli görünür”.
Xilasedicilər bildirib ki, 9 nəfər yaralanıb, bir nəfər isə dağntılar altında qalıb.