Bakıda avtobus qəzaya düşdü: xəsarət alan var - FOTO

Bakıda avtobus qəzaya düşdü: xəsarət alan var - FOTO
 

Bir qədər öncə  Qaradağ rayonunda yol qəzası baş verib. 

Sfera.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 nömrəli avtobus yolun hərəkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb. 


Məlum olub ki, hadisə iki minik avtomobilinin avtobusun qarşısına çıxması nəticəsində baş verib. Hadisə zamanı bir nəfərin xəsarət aldığı bildirilir. 

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR