Bakıda güclü külək kitabxananın şüşəsini sındırdı - FOTOLAR

14:00 / 21.09.2019
2593
Səhər saatlarından paytaxtda hökm sürən küləkli hava şəraiti bəzi fəsadlara səbəb olub.
Sfera.az bildirir ki, külək metronun "Elmlər Akademiyası" stansiyası yaxınlığında yerləşən Mərkəzi Elmi Kitabxananın şüşəsini sındırıb.
Sınan şüşə yerə düşərək parçalanıb. Xoşbəxtlikdən hadisə vaxtı ərazidə heç kim olmayıb.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumata görə, saat 12:00-a olan məlumata görə, şimal-qərb küləyi Pirallahı, Sumqayıt, Bakıda 20 m/s, Maştağa, Naftalanda 18 m/s, Bayıl yamacında 19 m/s, Neft Daşlarında 16 m/s-dək güclənib.
Netf Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,3 metrə çatıb.