Bakı-Sumqayıt şossesində zəncirvari yol qəzası baş verib - FOTO - VİDEO

10:37 / 21.09.2019
1368
Yasamal rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Sfera.az APA-ya istinadla xəbər verir ki, "Seat” markalı avtomobili idarə edən sürücü Sumqayıtdan Bakıya doğru hərəkətdə olarkən metronun 20 Yanvar stansiyası yaxınlığında idarəetməni itirib.
Nəticədə avtomobil "Lada Priora” markalı avtomobilə çırpılıb. "Priora” isə qarşıda hərəkət edən "Mercedes” markalı nəqliyyat vasitəsinə dəyib.
Hər üç avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.