Zöhrə Ağamirova Olimpiadaya vəsiqə qazanan ilk azərbaycanlı idmançı oldu

Zöhrə Ağamirova Olimpiadaya vəsiqə qazanan ilk azərbaycanlı idmançı oldu
 

Azərbaycanın daha bir idmançısı Tokio Olimpiadasına lisenziya qazanıb.

Sfera.az oxu.az-a istinadən  xəbər verir ki, bu, Zöhrə Ağamirovadır.

18 yaşlı idmançı Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatında buna nail olub. O, çoxnövçülük üzrə fərdi yarışda dörd hərəkətin cəmində 78.725 xal toplayıb. Bu nəticə ilə o, IV yeri tutub və olimpiya lisenziyasını özünə təmin edib.

 

Zöhrə Ağamirova Olimpiadada çıxış edəcək ilk azərbaycanlı bədii gimnast olacaq. Bunadək Olimpiadada Azərbaycan adından legionerlər çıxış edib.

Qeyd edək ki, daha əvvəl üzgüçülükdə Maksim Şemberev, atletikanın çəkicatma növündə Anna Skidan və qadın güləşində Mariya Stadnik kimi ukraynalı legionerlərimiz gələn il Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Olimpiadaya vəsiqə qazanıb. Zöhrə Ağamirova həm də Olimpiadaya vəsiqə qazanan ilk azərbaycanlı idmançı olub.


OXŞAR XƏBƏRLƏR