“Lotu Quli” Qurana and içdi – Gürcü “qanuni oğru” ilə konflikt dərinləşir

“Lotu Quli” Qurana and içdi – Gürcü “qanuni oğru” ilə konflikt dərinləşir
 

Azərbaycanlı "qanuni oğru” Nadir Səlifov ("Quli”) gürcü əsilli kriminal avtoritet Badri Koquaşvilini ("Badri Kutaisi”) cəzalandırmağı planlaşdırır. 

Sfera.az bildirir ki,  Nadir Səlifovun Badri Koquaşviliyə qəzəbinin səbəbi ikincinin onu "qanuni oğru” statusundan məhrum etmək üçün "sxodka” təşkil etməyə səy göstərməsidir. 


Badri Koquaşvilinin Nadir Səlifova "qanuni oğru” titulundan məhrum etmək cəhdi gürcü əsilli Quram Çixladzenin ("Kvejeoeviç”) vurulması ilə bağlıdır. Quram Çixladze Türkiyədə "Quli” ilə görüşdə vurulub. Ona əl qaldıran isə Nadir Səlifovun yaxın adamı, qazax əsilli Arman Cumagəldiyev ("Dikiy Arman”) olub. Lakin o sonradan Quram Çixladzenin "qanuni oğru” statusu daşımasından xəbərsiz olduğunu bildirib. Nadir Səlifov da silahdaşını müdafiəsiz qoymayıb. 

Bu hadisədən sonra Badri Koquaşvili Nadir Səlifovun qanuni oğru titulundan məhrum edilməsi təşəbbüsü ilə çıxış edib. Lakin "Quli” və onu dəstəkləyən digər "qanuni oğru”  Badri Koquaşvilinin özünü tituldan məhrum ediblər. Səbəb kimi isə onun başqa "qanuni oğrularla” konfliktdə olduğu göstərilib. 

Lakin Badri Koquaşvili və əslində bütün bunların araxasında dayandığı iddia edilən Zaxari Kalaşov ("Şakro Molodoy”) Nadir Səlifova qarşı hücumlarını davam etdirib.  Nadir Səlifovun Qazaxstan xüsusi xidmət orqanlarının agenti olması barədə mediada tirajlanan məlumatdan sonra yenidən "sxodka”  çağırmağa cəhd göstəriblər. Hələ ki, buna nail ola bilməyiblər. Əksinə, Zaxari Kalaşovun özü Merab Suxumskinin ittihamları ilə üz-üzə qalıb. 


Bildirilir ki, Nadir Səlifov hazırda Badri Koquaşvilini axtarır. Onun hətta gürcü "qanuni oğru”nu istənilən vasitə ilə, harda olsa tapacağına dair "Quran”a and içdiyi bildirilir.


OXŞAR XƏBƏRLƏR

Bakıda bu yol axşam saatlarından BAĞLANIR

Bu gün axşam saatlarından etibarən Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Xəqani Rüstəmov küçəsilə kəsişməsindən Babək prospektinə qədər) hərə...

"Dövlətlərarası münasibətlərdə ali siyasi iradə və qarşılıqlı etimad həlledici amildir" - Ülvi Quliyev

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin bugünü və gələcəyi baxımından mühüm əhəmiyyət kəsb ed...

Prezidentdən Naxçıvanla bağlı sərəncam

Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda dəyişiklik edilməs...

6 manatdan 11 manata qaldırıldı - Yeni QƏRAR

"Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Qərara dəyişiklik edib.   Sfera....

Macarıstanda bu analar vergidən azad olundu

Macarıstan parlamenti ölkədə doğum səviyyəsinin aşağı düşməsinin qarşısını almaq məqsədilə iki və üç uşağı olan qadınların gəlir vergisindən azad olunmasını nəz...

Prezident Sərəncam imzaladı

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsi təsis edilib.   Sfera.az AZƏRTAC-a istinadən xəbər...