DİN sığorta şirkətinin avtomobilinin qəzaya düşməsi ilə bağlı məlumat yayıb

13:10 / 20.09.2019
1423
Daxili İşlər Nazirliyi (DİN) ötən gün ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, sentyabrın 19-da saat 15 radələrində Sumqayıt şəhərinin Yeni Yaşma qəsəbəsi ərazisində Bakı şəhər sakinləri A.Rzayevin idarə etdiyi "Hyundai” və Fuad Musazadənin idarə etdiyi "Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə F.Musazadə və A.Rzayevin sərnişini, həmyerlisi Kamran Atayev hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, "Hyundai” markalı avtomobil "Atəşgah" sığorta şirkətinə məxsus olub.