Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi bu sahədən xəbərsizdir – Ekspertdən sərt sözlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi bu sahədən xəbərsizdir – Ekspertdən sərt sözlər
 

"İstehsalı həyata keçirmək və prosesi idarə etmək üçün mütəxəssislərin olmaması ərzaq buğdasının daxili imkanlar hesabına təminatına imkan vermir”.


Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanın hələ də ərzaq buğdasına olan tələbatı idxal hesabına ödəməkdə davam etməsinə münasibət bildirərkən aqrar sahə üzrə mütəxəssis Vahid Məhərrəmov deyib:


"Azərbaycanın daxili imkanlar hesabına ərzaq buğdası ilə təminatı istiqamətində aparılan işlər imitasiya xarakterlidir. Bu sahəyə subsidiya formasında ayrılan maliyyə resursları məmurlar tərəfindən mənimsənilir. Digər tərəfdən, daxili istehsal hesabına ərzaq buğdası ilə təminatla bağlı maddi-texniki bazanın möhkəmlənməsi istiqamətində də hər hansı ciddi addımlar atılmayıb. Yeni məhsuldar sortların yaradılması istiqamətində işlər görülmür. Əldə olunan məhsulun kondisiyaya çatdırılması, çeşidlənməsi istiqamətində işlər görülmür”.

 

Həmsöhbətimiz bildirib ki, aydiyyatı quruma rəhbərlik edənlər mütəxəssis olmadığından ərzaq buğdası sahəsində ciddi dönüş olacağını gözləmir:

 

"Kənd Təsərrüfatı Nazirliyində çalışan yüksək ranqlı məmurların heç biri bu sahə üzrə mütəxəssis deyil. Kənd təsərrüfatı naziri və müavinlərindən biri hüquqşünasdır, digər müavin isə tikinti üzrə mütəxəssisdir, başqa biri də aqrar sahəyə aid olmayan iqtisadçıdır.Ərzaq buğdası ilə bağlı yaşanan problem də əsasən məhz buradan qaynaqlanır. Yəni, quruma rəhbərlik edənlər peşəkar deyilsə, ərzaq buğdası sahəsində də nəyəsə nail olmaq mümkün deyil. Bütün ölkələrdə kənd təsərrüfatı nazirləri bu sahənin adamlarıdır. Avropa ölkələrinin əksəriyyətində kənd təsərrüfatında çalışanlar fermerlər aqronomlar, heyvandarlıqla məşğul olanlar da baytar həkimləridir. İndilikdə bu sahədə dağınıqlıq, pərakəndəlik, qeyri-peşəkarlıq hökm sürür. Qeyri-peşəkarlar isə bu işin öhdəsindən gələ bilmir. Məsələyə kompleks yanaşmalıyıq. Topraqlar münbitliyini itirir. İstehsal vasitələrinə olan tələbat ödənilmir. Gübrə qaydasında verilmir, üzvü gübhə isə ümumiyyətlə verilmir. Növbəli əkin sisteminə riayət olunmur, su təminatı lazımınca həyata keçirilmir. Keyfiyyətsiz toxumdan istifadə olunur. Kifayət qədər texnika olmadığından yığım gecikir.Aqrotexniki qaydalara əməl olunmadığından bitki zəif olur. Deyə bilərəm ki, gələcəkdə də ərzaq buğdası ilə daxili imkanlar hesabına təminat öz həllini tapmayacaq. Odur ki, Azərbaycan özünün ərzaq buğdasına olan tələbatını idxal hesabına ödəməyə məcburdur”.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR

Tanınmış azərbaycanlı aktyor küçələrdə CORAB SATDI - VİDEO

Tanınmış azərbaycanlı aktyorun görüntüsü marağa səbəb olub.   Sfera.az Milli.az-a istinadən xəbər verir ki, Allahverdi Yolçuyev imkansızlıqdan Bak...

Trampın əlindəki sirli iz müzakirələrə səbəb oldu - FOTO

Trampın Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı kameralara tuş gələn əlindəki iz sosial şəbəkələrdə və mətbuatda geniş müzakirə mövzusuna çevrilib.  ...

Pirşağıda dənizdə batan şəxsin meyiti tapılıb

İyulun 18-də Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) batan 1 n...

Az yaşayan yeganə bürc

Astroloqlar arasında getdikcə daha çox səslənən fikrə görə, bürclər arasında bir bürc var ki, onun nümayəndələri statistik baxımdan digərlərindən daha az yaşayı...

Bəzi yerlərdə leysan olub, şimşək çaxıb - Faktiki hava

İyulun 19-u saat 11:00-a olan faktiki hava açıqlanıb.   Sfera.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyulun 19-u saat 11:00-...

Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı

Beyləqanda həkimi şantaj etməklə pul tələb edən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.   Sfera.az “Qafqazinfo”ya istinadla xə...