UEFA klub reytinqini açıqladı - "Qarabağ" neçənci pillədə qərarlaşıb ?

UEFA klub reytinqini açıqladı -
 

Avrokubokların qrup mərhələsinin I turundan sonra klubların UEFA reytinqi açıqlanıb.

Sfera.az bildirir ki,  siyahıda Avropanın 421 klubu yer alıb.

Azərbaycan komandaları arasında ən yaxşı göstərici "Qarabağ”a məxsusdur. Avropa Liqasının qrup oyunlarına "Sevilya”ya 0:3 hesablı məğlubiyyətlə başlayan Qurban Qurbanovun yetirmələri qitənin 70-cisidir. Hesabında 20,000 xal olan Ağdam təmsilçisini bir xal geridə olan "Partizan” (Serbiya), "Selta” (İspaniya), "Milan” və "Fiorentina” (hər ikisi İtaliya) klubları izləyirlər.

 

Digər Azərbaycan təmsilçilərindən "Qəbələ” 7,500 xalla 141-ci, "Neftçi” 3,750 xalla 270-ci yerdə qərarlaşıb. 3,550 xala malik "Səbail”, "Keşlə”, "Zirə” və "Kəpəz” 280-ci pilləni bölüşürlər.

Cədvələ İspaniya klubları başçılıq edir. "Real” (121,000) 1-ci, "Atletiko” (110,000) 2-ci, "Barselona” (109,000) 3-cü sırada qərarlaşıb. "Qarabağ”ın qrupdakı rəqiblərindən "Sevilya” 79,000 xalla 11-ci, APOEL 23,500 xalla 59-cu, "Düdelanj” 8,250 xalla 137-cidir.


OXŞAR XƏBƏRLƏR

Güney mediası Arif Babayevin vəfatından yazdı

Güney Azərbaycan, xüsusən Təbriz mediası və sosial media şəbəkələrində Azərbaycan xalq artisti Arif Babayevin vəfatı ilə bağlı xəbərlər yayılıb.   Sf...

Arif Babayev dəfn olundu

Xalq artisti Arif Babayev I Fəxri xiyabanda dəfn olunub.   Sfera.az xəbər verir ki, əvvəlcə mərhumla Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçiri...

Baş İdarə əməliyyat keçirdi: həbs olunanlar var

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi i...

Hava çirkliliyi beyin qanaması riskini artırır - ARAŞDIRMA

ABŞ-nin Yuta ştatında aparılan yeni elmi araşdırma hava çirkliliyi ilə beyin qanaması arasında mümkün əlaqəni üzə çıxarıb. Yuta Universitetinin neyrocərrahı Dr....

Bank of Baku inklüziv cəmiyyəti dəstəkləyir:autizmli uşaqlarla bir gün

Bank of Baku-nun təşəbbüsü ilə növbəti sosial yönümlü tədbir həyata keçirilib.   Belə ki, Bank of Baku-nun təşkilatçılığı və “Birgə və sağlam&r...

Mədəniyyət dərisinə girmiş siyasi dəllal və ya “мальчик на побегушках”

Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun guya Azərbaycanda rus mədəniyyətinin ləğv edilməsi barədə verdiyi açı...