Xarici işlər nazirlərinin görüş vaxtı açıqlandı

Cəmiyyət
11:25 / 20.09.2019
684
Sentyabrın 22-də Nyu York şəhərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək.
Bu barədə Sfera.az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Sentyabrın 23-də isə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.