Kökəlmək istəyənlər gün ərzində...

Kökəlmək istəyənlər gün ərzində...
 

Arıqlamaq, artıq çəkidən xilas olmaq problemi ilə üzləşənlər olduğu kimi kökəlmək istəyənlər də var. Onlar iki yerə bölünür: iştahasızlıq problemi olanlar və lazımi qədər qidalansalar da, kökələ bilməyənlər.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, həkim-fitoterapevt Elnur Eldaroğlu həmin problemi şərh edərkən deyib: "Elə adamlar var ki, aclıq hissinin yoxluğundan, qidalanmaq həvəsinin olmamasından şikayətlənir. Qidaya həvəsin olmaması nevrogen və endokrin mənşəli ola bilər. Məsələn, anorik nevrozla üzləşənlər həm çox arıq olur, həm də bir növ yeməkdən küsürlər. Bəzi endokrinoloji xəstəliklər, məsələn, şəkərli diabet zamanı belə hallar olur. Bəzən də hər cür qidalanmaya baxmayaraq, kökəlmənin baş verməməsi hər hansı bir xroniki, parazitar və infeksion xəstəliklərlə əlaqədar ola bilər".

Problemi aradan qaldırmaq üçün düzgün və sağlam qidalanmaq lazımdır. Qidalanma barəsində danışarkən həkim-fitoterapevt deyib: "Gün ərzində dörd dəfə qidalanmaq məsləhət görülür: birinci və ikinci səhər yeməyi, günorta və axşam. Həmin vaxt qida qəbul etmədikdə aclıq hissi itir. Bəzən ayaqüstü qidalanmaq, yüngül qəlyanaltı etmək də kalori və doyma hissi yarada bilir, lakin lazımi vitamin deposu vermir. Məsələn, ikinci səhər yeməyi zamanı kisel və ya meyvə şirələri içmək məsləhət görülür".


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...