“Beşiktaş”ın qapıçısı azarkeşlərdən üzr istəyib

“Beşiktaş”ın qapıçısı azarkeşlərdən üzr istəyib
 

Türkiyənin "Beşiktaş” klubunun qapıçısı Loris Karius Avropa Liqasının qrup mərhələsinin I turundakı səhvinə görə üzr istəyib.

Sfera.az bildirir ki, "Slovan”la Slovakiyadakı matçın 15-ci dəqiqəsində kobud səhv edərək rəqibin hesabı açmasında pay sahibi olan qolkiper qarşılaşmadan sonra azarkeşlərə müraciət edib.

O, 2:4 hesablı məğlubiyyətdə buraxılan ilk qolun günahkarı olduğunu və bu səbəbdən də üzr istədiyini açıqlayıb: "Bilirəm ki, bu oyun komandaya və azarkeşlərə acı bəxş edib. Siz qəzəblənə, məyus ola bilərsiniz. Mən ilk qola görə bütün məsuliyyəti üzərimə götürürəm. Daha etibarlı oynamalı idim. Düzdür, bundan sonra da qalib gələ bilərdik. Amma hər şey planımıza uyğun getmədi. Lakin gəlin bir olaq. Qarşıda hələ çox oyunumuz var. Dəstəyiniz bizə çox lazımdır”.

 

Qeyd edək ki, "Beşiktaş” Bratislavadakı matçda 2:4 hesabı ilə uduzub. 


OXŞAR XƏBƏRLƏR

Güney mediası Arif Babayevin vəfatından yazdı

Güney Azərbaycan, xüsusən Təbriz mediası və sosial media şəbəkələrində Azərbaycan xalq artisti Arif Babayevin vəfatı ilə bağlı xəbərlər yayılıb.   Sf...

Arif Babayev dəfn olundu

Xalq artisti Arif Babayev I Fəxri xiyabanda dəfn olunub.   Sfera.az xəbər verir ki, əvvəlcə mərhumla Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçiri...

Baş İdarə əməliyyat keçirdi: həbs olunanlar var

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi i...

Hava çirkliliyi beyin qanaması riskini artırır - ARAŞDIRMA

ABŞ-nin Yuta ştatında aparılan yeni elmi araşdırma hava çirkliliyi ilə beyin qanaması arasında mümkün əlaqəni üzə çıxarıb. Yuta Universitetinin neyrocərrahı Dr....

Bank of Baku inklüziv cəmiyyəti dəstəkləyir:autizmli uşaqlarla bir gün

Bank of Baku-nun təşəbbüsü ilə növbəti sosial yönümlü tədbir həyata keçirilib.   Belə ki, Bank of Baku-nun təşkilatçılığı və “Birgə və sağlam&r...

Mədəniyyət dərisinə girmiş siyasi dəllal və ya “мальчик на побегушках”

Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun guya Azərbaycanda rus mədəniyyətinin ləğv edilməsi barədə verdiyi açı...