Bakıda kafe sahibi itkin düşdü

Hadisə
10:25 / 20.09.2019
793
Bakı şəhərində 34 yaşlı kişi itkin düşüb.
Sfera.az bildirir ki, olay paytaxtın Binəqədi rayonu ərazisində baş verib.
Belə ki, Sabunçu rayon sakini Seyidağa Vəliyev sentyabrın 18-də oğlu, 1985-ci il təvəllüdlü Əmişağa Vəliyevin itkin düşməsi barədə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsinə (PB) müraciət edib.
O bildirib ki, özü ilə eyni ünvanda yaşayan oğlu Ə.Vəliyev iyulun 9-da, saat 10:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivində işlətdiyi "Zambaq” kafesinə getmək adı ilə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Faktla bağlı Binəqədi RPİ-nin 6 PB-də araşdırma aparılır. (report)