Kapital Bank dünya nəhəngi ilə memorandum imzaladı

Kapital Bank dünya nəhəngi ilə memorandum imzaladı
 
Kapital Bank İT sahəsi üzrə beynəlxalq şirkət olan IBM ilə əməkdaşlığı əks etdirən anlaşma memorandumu
imzalayıb. Bununla bağlı 19 sentyabr 2019-cu il tarixində imzalanma mərasimi keçirildi. İmzalanma mərasimində
Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov və IBM iX şirkətinin
Mərkəzi və Şərqi Avropa üzrə rəhbəri Yevgeniy Sokolov iştirak edib.
Kapital Bank bir sıra xidmətlərini müxtəlif texnoloji həllər üzərindən müştərilərinə təqdim edir. Gələcəkdə əksər
layihələri həyata keçirmək üçün IBM şirkətini özünə tərəfdaş seçib. IBM şirkəti ilə memorandum çərçivəsində Kapital
Bank-ın İT sahəsində çalışan əməkdaşları üçün təlimlər keçiriləcək. Bundan başqa xarici mütəxəssislər tərəfindən həm
ölkədə, həm də xaricdə müəyyən workshop-lar təşkil olunacaq.
"Kapital Bank-ın 2018-2021-ci illəri əhatə edən strateji hədəflərinə uyğun olaraq rəqəmsal bankçılığa keçid əsas
məqsədimizdir. Rəqəmsal bankçılığa keçid müasir dövrdə olduqca önəmli və vacib addım hesab olunur. Burada bank
əməliyyatlarının və bir sıra proseslərin transformasiyası nəzərdə tutulur. Əməkdaşlığın ilkin mərhələsində 2019-cu ilin
oktyabr ayında Azərbaycanda ilk dəfə beynəlxalq mütəxəssislərin iştirakı ilə İT forumun keçirilməsi nəzərdə tutulub.
Forum zamanı dəvət olunmuş xarici mütəxəssislər öz təcrübələri ilə bölüşəcəklər” – deyə, Kapital Bank-ın İdarə
Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov bildirib.
Qeyd edək ki, IBM şirkəti 100 ildən artıqdır ki, dünya üzrə proqram təminatının və avadanlıqların istehsalçısı olaraq
fəaliyyət göstərir. Bundan başqa şirkət İT-servislərin tətbiqi və konsaltinq xidmətlərini də təqdim edir. Dünya
miqyasında lider olan IBM şirkətinin əsas strateji hədəfi, innovasiya və informasiya texnologiyaları sahəsində elmi-
təhqiqat işlərinin aparılması və tətbiqidir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin
xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

Trampın əlindəki sirli iz müzakirələrə səbəb oldu - FOTO

Trampın Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı kameralara tuş gələn əlindəki iz sosial şəbəkələrdə və mətbuatda geniş müzakirə mövzusuna çevrilib.  ...

Pirşağıda dənizdə batan şəxsin meyiti tapılıb

İyulun 18-də Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) batan 1 n...

Az yaşayan yeganə bürc

Astroloqlar arasında getdikcə daha çox səslənən fikrə görə, bürclər arasında bir bürc var ki, onun nümayəndələri statistik baxımdan digərlərindən daha az yaşayı...

Bəzi yerlərdə leysan olub, şimşək çaxıb - Faktiki hava

İyulun 19-u saat 11:00-a olan faktiki hava açıqlanıb.   Sfera.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyulun 19-u saat 11:00-...

Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı

Beyləqanda həkimi şantaj etməklə pul tələb edən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.   Sfera.az “Qafqazinfo”ya istinadla xə...

Rusiya Odessada yaşayış binasını vurdu: Ölən var

Odessada kamikadze dronun çoxmərtəbəli binaya zərbə endirməsi nəticəsində 1 qadın ölüb, binada yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu barədə...