Naxçıvanda yeni qurum yaradıldı - FƏRMAN

Naxçıvanda yeni qurum yaradıldı - FƏRMAN
 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında Fərman imzalayıb.

Sfera.az bildirir ki, fərmanla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb.

Həmçinin fərmanla "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə” təsdiq edilib, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təsdiq olunub.

Ali Məclisin Sədri Vasif Talıbovun müvafiq fərmanı ilə Fondun müşahidə şurasının üzvləri təsdiq olunub:

1. Hüseynli Ülvi Mötəbər oğlu-Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
 
2. Sultanova Mehriban Paşa qızı - "Şərq qapısı” qəzetinin baş redaktoru

3. Əliyev Rauf Feyzulla oğlu - "Şərq qapısı” qəzeti baş redaktorunun müavini

4. Canbaxşıyev Səməd Canbağış oğlu - Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin İnformasiya təminatı və saytlarla iş redaksiyasının baş redaktoru

5. Qənbərov Qafar Tahar oğlu - "Nuh yurdu” qəzetinin redaktoru 

OXŞAR XƏBƏRLƏR

Bakıda bu yol axşam saatlarından BAĞLANIR

Bu gün axşam saatlarından etibarən Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Xəqani Rüstəmov küçəsilə kəsişməsindən Babək prospektinə qədər) hərə...

"Dövlətlərarası münasibətlərdə ali siyasi iradə və qarşılıqlı etimad həlledici amildir" - Ülvi Quliyev

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin bugünü və gələcəyi baxımından mühüm əhəmiyyət kəsb ed...

Prezidentdən Naxçıvanla bağlı sərəncam

Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda dəyişiklik edilməs...

6 manatdan 11 manata qaldırıldı - Yeni QƏRAR

"Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Qərara dəyişiklik edib.   Sfera....

Macarıstanda bu analar vergidən azad olundu

Macarıstan parlamenti ölkədə doğum səviyyəsinin aşağı düşməsinin qarşısını almaq məqsədilə iki və üç uşağı olan qadınların gəlir vergisindən azad olunmasını nəz...

Prezident Sərəncam imzaladı

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsi təsis edilib.   Sfera.az AZƏRTAC-a istinadən xəbər...