Şirvanda 27 yaşlı gənc bıçaqlandı

Hadisə
19:45 / 19.09.2019
2115
Şirvanda bıçaqlanma hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, Şirvan şəhər sakini, 1992-ci il təvəllüdlü Əhmədov Bəxtiyar Əlifağa oğlu bıçaq yarası ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralı əməliyyat olunub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Fakta bağlı araşdırma aparılır. (oxu.az)