Heydər Əliyev prospektində avtomobil piyadanı vurub

Hadisə
15:21 / 19.09.2019
1246
Nizami rayonunun Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, sentyabrın 18-də saat 6 radələrində paytaxtın Nizami rayonunun Heydər Əliyev prospektində Tovuz rayon sakini S.Mahmudov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Rzabala Nizaməddinovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Nizami RPİ tərəfindən araşdırma aparılır.