Azərbaycanda yük daşımaları artıb

Azərbaycanda yük daşımaları artıb
 

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 29,81 milyon ton yük ixrac olunub. 

Dövlət Gömrük Komitəsindən (DGK) Sfera.az-a  verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,903 milyon ton yaxud 15,1% çoxdur.

İxrac məhulları əsasən stasionar nəqletmə vasitələri (27,084 milyon ton və yaxud 90,85%-i), dəmir yolu nəqliyyatı (1,539 milyon ton və yaxud 5,2%-i), avtomobil nəqliyyatı (0,903 milyon ton və yaxud 3%-i) ilə daşınıb. 

Hesabat dövründə həmçinin Azərbaycana 6,383 milyon ton yük idxal olunub. Bu, illik müqayisədə 1,355 milyon ton və yaxud 26,95% çoxdur.

İdxal məhsulları əsasən dəmir yolu nəqliyyatı (3,032 milyon ton və yaxud 47,5%-i), avtomobil nəqliyyatı (1,481 milyon ton və yaxud 23,2%-i), stasionar nəqletmə vasitələri (1,02 milyon 

ton və yaxud 16%-i) ilə daşınıb.

Ümumi yük daşımalarının 82,4%-i ixracın, 17,6%-i idxalın payına düşüb.


OXŞAR XƏBƏRLƏR

Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM

Xankəndi Şəhər Prokurorluğu yaradılıb.   Sfera.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.   Sər...

ANAMA sədri ABŞ-nin Stirlinq Fondunun baş icraçı direktoru ilə GÖRÜŞDÜ

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Amerika Birləşmiş Ştatlarının Stirlinq Fondunun baş icraçı direktoru Edvard...

Səbaildə maşın oğurlayan şəxs SAXLANILDI

Səbaildə maşın oğurlayan şəxs saxlanılıb.   Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən xəbərə görə, Səbail Rayon Polis İdarəsinə mayın 2-si saat 0...

Multikulturalizm Azərbaycan xalqının HƏYAT TƏRZİDİR

Azərbaycan xalqı həmişə sülhsevər xalq olub. Azərbaycanda əsrlərdən bəri müxtəlif xalqlar, etnik qruplar, müxtəlif dinlərin təmsilçiləri olub. Onlar Azərbaycand...

“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ!

Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq.   Sfera.az xəbər verir ki, ABŞ-də yaşamaq və işləmək hüquq verən “Green c...

Kobaxidze: "Gürcüstan Azərbaycan-Aİ “yaşıl dəhliz”i üzrə tərəfdaşlarla sıx əməkdaşlıqda maraqlıdır"

Gürcüstan Azərbaycan-Avropa İttifaqının (Aİ) “yaşıl dəhliz” layihəsində tərəfdaşlarla daha sıx əməkdaşlıqda maraqlıdır.   Sfera.az report...