Yol polisindən sürücülərə yeni tələ - VİDEO

Yol polisindən sürücülərə yeni tələ -  VİDEO
Yol polisi tərəfindən saxlanılan maşın cərimə meydançasına yox, pullu dayanacaq aparılır.
Buna görə isə vətəndaş cərimədən əlavə dayanacaq pulunu da verməli olur. Bəs görəsən, bu nə qədər düzgündür? Qaynar.info xəbər verir ki, "Xəzər Xəbər" növbəti sujetlərindən birini məhz buna həsr edib.
Sürücülərin də bildiridiyi kimi, son zamanlar paytaxtın Yasamal rayonu ərazisində "5 mərtəbə" kimi tanınan ərazidə yol polisi tərəfindən saxlanılan avtomobillər cərimə meydançası əvəzinə pullu dayanacaqa aparılır. Faktı dayanacağın rəhbərliyi də təsdiqləyir. Yol polislərinin dayanacağa gətirdiyi avtomobillərə heç bir fərq qoyulmur, dayanacaqdakı digərləri kimi, sürücüdən günlük 6 manat parkink ödənişi alınır.
Ekpertlər isə bunun qanunsuz olduğunu bildirirlər.
Qanunda göstərilir ki, yol polisi tərəfindən saxlanılan avtomobilin təhlükəsizliyinə yol polisi cavabdehdir. Həm də belə dayanacaqlarda saxlanma rüsumu qanunla tənzimlənir.
Baş Dövlət Yol Polis İdarəsindən isə bildirilib ki, sözügedən fakt araşdırılacaq.
Sfera.az

OXŞAR XƏBƏRLƏR