Azərbaycanın daha bir güləşçisi məğlubiyyətini etirazla qarşılayıb - FOTO

Azərbaycanın daha bir güləşçisi məğlubiyyətini etirazla qarşılayıb - FOTO

Azərbaycan güləşçilərinin Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatındakı narazılıqları davam edir.

Sfera.az-ın APA-ya istinadən  məlumatına görə, rusiyalı Hacımurad Rəşidova uduzduqdan sonra sərt etirazını nümayiş etdirən və hakimlərin qərarı ilə razılaşmayan Hacı Əliyev (65 kq) kimi Mahir Əmiraslanov (57 kq) da diqqət mərkəzinə düşüb.

1/16 final mərhələsində rusiyalı Zaur Uquyevlə görüşdə hesabda öndə olmasına baxmayaraq, 3:4 hesabı ilə uduzan sərbəst güləşçimiz xalçanın üzərindən qalxmaq istəməyib. O, öncə rəqibi ilə mübahisə edib. Ardınca xalçanı yumruqlayan Avropa Oyunlarının qızıl mükafatçısı hakim qalibi elan etdiyi vaxt əlini ona uzatmayıb. 

 

Referinin cəhdlərinə baxmayaraq, o, inadından dönməyib. Nəticədə H.Əliyevin döyüşündəki kimi yenə hakim təkcə qalibin əlini tutaraq yuxarı qaldırıb.

Qeyd edək ki, hər iki rusiyalı finala yüksələcəyi halda, Azərbaycan güləşçiləri təsəlliverici görüşə qatılmaq hüququ əldə edəcək.



OXŞAR XƏBƏRLƏR

Trampın xüsusi elçisi Moskvaya gedir – Son xəbərdarlıq, yoxsa yeni plan?

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisinin yaxın günlərdə Rusiya paytaxtı Moskvaya səfəri planlaşdırılır. Bu görüşün məqsədi suallar doğurur: Bu səfər Kreml...

Güney mediası Arif Babayevin vəfatından yazdı

Güney Azərbaycan, xüsusən Təbriz mediası və sosial media şəbəkələrində Azərbaycan xalq artisti Arif Babayevin vəfatı ilə bağlı xəbərlər yayılıb.   Sf...

Arif Babayev dəfn olundu

Xalq artisti Arif Babayev I Fəxri xiyabanda dəfn olunub.   Sfera.az xəbər verir ki, əvvəlcə mərhumla Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçiri...

Baş İdarə əməliyyat keçirdi: həbs olunanlar var

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi i...

Hava çirkliliyi beyin qanaması riskini artırır - ARAŞDIRMA

ABŞ-nin Yuta ştatında aparılan yeni elmi araşdırma hava çirkliliyi ilə beyin qanaması arasında mümkün əlaqəni üzə çıxarıb. Yuta Universitetinin neyrocərrahı Dr....

Bank of Baku inklüziv cəmiyyəti dəstəkləyir:autizmli uşaqlarla bir gün

Bank of Baku-nun təşəbbüsü ilə növbəti sosial yönümlü tədbir həyata keçirilib.   Belə ki, Bank of Baku-nun təşkilatçılığı və “Birgə və sağlam&r...