“BakuBus”dan yeni marşrut və sərnişinlər üçün şərtlər

“BakuBus”dan yeni marşrut və sərnişinlər üçün şərtlər

Bu gündən etibarən Bakı şəhərinin mərkəzi hissəsində "BakuBus" MMC-nin yeni - 3 nömrəli marşrut xətti istifadəyə verilib. İlkin mərhələdə sınaq olaraq 07, 08 və 09 noyabr 2015-ci il tarixlərində marşrut üzrə hər gün 8 ədəd avtobus, noyabrın 10-dan etibarən 18 avtovus xidmət göstərəcək.

Sfera.az xəbər verir ki, "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Milli.Az-a bildirib ki, Fransa istehsalı olan "İveco" avtobusları 3 saylı xətt üzrə "Azadlıq Prospekti" metro stansiyasından başlayaraq - Süleyman Sani Axundov küçəsi - Şövkət Məmmədova küçəsi - Səttar Bəhlulzadə - Atatürk prospekti - Nəsib bəy Yusifbəyli küçəsi - Səməd Vurğun küçəsi - Ənvər Qasımzadə küçəsi -Bakıxanov küçəsi - İnşaatçılar prospekti - Ə.Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətində hərəkət edərək, əks istiqamətdə Şəhidlər xiyabanı - Parlament prospekti - Hüseyn Cavid prospekti - Ə.Haqverdiyev küçəsi - İnşaatçılar prospekti - Bakıxanov küçəsi - Xan Şuşinski küçəsi - Ənvər Qasımzadə küçəsi - Ceyhun Hacıbəyli küçəsi - Fətəli Xan Xoyski küçəsi - Koroğlu Rəhimov küçəsi - Fətəli Xan Xoyski küçəsi - Atatürk prospekti -Şövkət Məmmədova küçəsi - Cəfər Xəndan küçəsi - İbrahim Paşa Dadaşov küçəsi- "Azadlıq Prospekti" m/st xətti üzrə hərəkət edir. Ümumi uzunluğu 25.8 km-dir.

Qeyd edək ki, "BakuBus" MMC-nin avtobuslarında gediş haqqının ödənilməsi nağd pulla deyil, yalnız "BakıKart" vahid ödəniş kartları ilə həyata keçirilir. "BakıKart" vahid ödəniş kartlarını bütün metro stansiyalarında və avtobus dayanacaqlarında quraşdırılmış yeni "BakıKart" terminallarından, Bakı şəhərində yerləşən müasir tipli mətbuat köşklərindən və digər "BakıKart" loqosu olan məntəqələrdən əldə etmək olar. Dövriyyədə iki növ "BakıKart" ödəniş kartları - məhdud istifadə üçün kağız "BakıKart"ları və daimi istifadə üçün plastik "BakıKart"ları mövcuddur. Kağız kartların qiyməti 20 qəpikdir, onlara 1, 2, 3 və ya 4 gediş haqqı yüklənə bilər. Bu kartlar ilk istifadə tarixindən etibarən 45 gün ərzində etibarlıdır. Plastik "BakıKart"ların qiyməti 2 manatdır və bu növ kartlara istənilən məbləğdə gediş haqqı yüklənə bilər.
"BakıKart"la bir şəhərdaxili gediş haqqı 20 qəpikdir.

Şirkət bildirir ki, "BakuBus" MMC-nin avtobuslarından istifadə edən zaman aşağıdakı qaydalara riayət olunmalıdır: avtobusa yalnız ön qapıdan minib kartı ödəniş aparatına oxutduqdan sonra salona keçilməli, avtobus dayanacaqda dayandıqda salonu yalnız orta və ya arxa qapıdan tərk etmək lazımdır.

"BakuBus" MMC əvvəlcədən müəyyən olunmuş digər xətləri də bu ilin sonuna qədər istifadəyə verməyi nəzərdə tutur.


OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in &quo...

Bu şəxslər cərimələnəcək - 800 manatadək...

Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə ç...

"Sinvarın ölümü ilə HƏMAS-a dəstək olan dövlətlər belə..." - ŞƏRH

Ötən gün İsrail ordusu HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyünü bildirib. Ordunun məlumatına görə, Qəzzadakı əməliyyatlarda 3 terrorçu məhv edilib və onlardan ...

Elm və təhsil naziri Tovuzda vətəndaşları qəbul etdi

Oktyabrın 18-də elm və təhsil naziri Emin Əmrullayev Tovuz şəhərində vətəndaş qəbulu keçirib.   Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyindən...

COP29-da bu insanlar da iştirak edə biləcəklər

COP29-un keçiriləcəyi sahələrdəki sıxlıqdan başlayaraq nəqliyyat sisteminin əlçatanlığına qədər hər şeyi nəzərə almışıq.   Sfera.az xəbər verir ki, b...

Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ

Bakıda və Abşeron yarımadasında oktyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometrologiya Xidmətində...