Məşhur İspaniya nəşri: "Ağdam Qafqazın Xirosimasıdır"

Məşhur İspaniya nəşri:
 

İspaniyanın nüfuzlu AS nəşri UEFA Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək "Qarabağ” – "Sevilya” oyunu ilə bağlı yazı dərc edilib.

 

Sfera.az  xəbər verir ki, məqalədə Azərbaycan çempionunun təmsil etdiyi Ağdam şəhəri Qafqazın Xirosiması kimi təqdim olunub: "Cümə axşamı Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarında yer alan azarkeşlərin çoxu Qarabağ müharibəsi nəticəsində öz evlərinə tərk edənlər, onların övlad və nəvələri olacaq. "Qarabağ” 26 ildir ev oyunlarını təmsil etdiyi şəhərdən 250 km uzaqda keçirir. Ağdam - Qafqazın Xirosiması, ruhlar şəhəridir. İndi orada "İmarət” stadionunun xarabalıqlarını görə bilərsiniz. "Qarabağ” təsis olunduğu 1951-ci ildən bəri, qanlı Azərbaycan - Ermənistan müharibəsi komanda ilə bərabər 40 min insanı oradan çıxmağa vadar edənə qədər ev oyunlarını orada keçiriridi. Həmin şəxslərin çoxu indi paytaxtda məskunlaşıblar”.

 

Məqalədə bildirilir ki, 2008-ci ildə Qurban Qurbanovun baş məşqçi postuna gəlişindən sonra "qaçqınların klubu” olan "Qarabağ”da yüksəliş dövrü başlayıb: "Artıq komanda Azərbaycanda dominatlıq edir, ardıcıl 6 mövsümdür avrokuboklarda qrupa düşür. "Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk və hələlik yeganə Azərbaycan təmsilçisidir. Onlar ötən bazar əsas rəqibləri "Neftçi”ni asanlıqla məğlub etdilər. "Qarabağ” 2017/2018 mövsümündə Ağdamdan didərgin düşərək bölgələrdə məskunalaşanların "Atletiko” və digər oyunlara gələ bilmələri üçün birbaşa avtobuslar təşkil etmişdi. Onlar üçün "Qarabağ” bir futbol komandasından çoxdur”.

 

Senntyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq (Report).


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...