Azərbaycanda hamilələr üçün saxta dərman satan qadın tutuldu - Video

Azərbaycanda hamilələr üçün saxta dərman satan qadın tutuldu - Video
 

Azərbaycanda hamilə qadınlar üçün nəzərdə tutulan saxta dərmanları satan qadın polis tərəfindən saxlanılıb.

Sfera.az "Yeni Sabah”-a istinadən xəbər verir ki, bununla bağlı Gəncə şəhər Baş Polis İdarəsi və Altes Farm birgə əməliyyat keçirib. Rogam pereparatının rəsmi distrbyutoru olan Altes Farmın ölkəyə qaçaq yolla saxta dərmanlar gətirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına etdiyi müraciətdən sonra belə bir əməliyyat başlayıb.

Ötən gün keçirilən əməliyyat zamanı gəncə Univermağının qarşısında qaçaq yolla gətirilmiş dərmanın satışı zamanı Musayeva İradə İlham qızı polis tərəfindən saxlanılıb.

Şirkət bildirir ki, həmin dərmanlar orijinal deyil və hamilələr üçün təhlükəlidir. Lakin orijinal qiymətindən bir neçə dəfə ucuz olduğu üçün bəzən hamilələr bunun fərqinə varmadan həmin dərmanlardan istifadə edir, körpələrinin sağlamlığını təhlükəyə atırlar.

Xəbərdə o da qeyd olunur ki, son bir ayda Gəncədə aparılan monitorinq nəticəsində bəlli olub ki, İran və Gürcüstandan qaçaq yolla gətirilən Rogam dərmanının çox ucuz qiymətə satışı həyata keçirilib. Bu isə onlarla hamilə qadın üçün real təhlükə yaradıb.

Polisin saxladığı İradə Musayevanın həmin dərmanları Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanası və Regional Perinatal Mərkəzə satdığı üzə çıxıb. Onun əməkdaşlıq etdiyi digər xəstəxanalarla bağlı araşdırma aparılır.



OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Sabah Bakının bu ərazisində işıq olmayacaq - XƏBƏRDARLIQ

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...