Aşura günü qan verən 169 nəfərdə virus aşkarlanıb

Sağlıq
11:02 / 18.09.2019
878
Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanverən 169 nəfərdə virus aşkarlanıb.
Sfera.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, Aşura günü ilə əlaqədar keçirilən aksiyalarda 5 min 809 nəfər könüllü olaraq qan verib.
Bu şəxslərdən 2 min 614.1 litr qan tədarük olunub.
4 infeksiyaya görə Mərkəzi Qan Bankında aparılan müayinələr zamanı 169 nəfərdə virus aşkar olunub.