Ölümə səbəb olan böyrək xəstəliyi

Ölümə səbəb olan böyrək xəstəliyi
 Qudpasçer sindromu böyrəklərin və ağciyərlərin proqressivləşən autoimmun xəstəliyi olub böyrək yumaqcıqlarının və alveulların kapiliarlarının membranına qarşı antitellərin əmələ gəlməsi ilə xarakterizə olunur.
Xəstəlik genetik xarakter daşıyır. Amma xəstəliyin əmələ gəlməsində virus infeksiyalarının, peşə zərərlərinin, hepatit xəstəliklərinin də rolu olduğu söylənilir.
Qudpasçer sindromu zamanı qeyri-məlum etioloji faktor böyrəklərin və ağciyərləri zədələyir. Zədələnmə nəticəsində böyrək yumaqcıqlarının sekresiyası yavaş-yavaş azalır. Bu  təbii olaraq böyrəklərin və ağciyərlərin autoimmun zədələnməsinə imkan yaradır.
Qudpasçer sindromunda alveolitin əmələ gəlməsində alveolyar makrofaqların aktivləşməsi böyük əhəmiyyətə malikdir. Aktivləşmiş vəziyyətdə onlar 40-a yaxın sitokin ifraz edirlər. Sitoksinlər polimorf nüvəli leykositlərin ağciyərlərə fibroblastların daxil olmasını gücləndirir.
Xəstəlik zamanı aşağıdakı patologialar meydana çıxır:
* böyrəklərin və ağciyərlərin mikrosirkulyasiya hövzəsi zədələnir
* hər iki orqanın kapiliyarları zədələnir
* böyrək çatışmazlığı inkişaf edir
* alveoldaxili qansızmalar baş verir
* hemosideroz və pnevmoskleroz inkişaf edir.
Xəstəlik ağciyər xəstəliklərinin əlamətləri ilə özünü göstərir. Xəstələrdə yorğunluq, təngnəfəslik, arıqlamaqdan şikayət edirlər. Adətən ağciyərlərin zədələnməsi tez, böyrəklərin zədələnməsi isə gec baş verir.
Böyrəklər zədələndiyi zaman isə hemoturiya, oliqoanuriya və böyrək çatışmazlığı inkişaf edir.
Qudpasçer xəstəliyinə diqnozun qoyulmasında rentgenoqrafiya, EKQ və biopsiyanın nəticələri əsas götürülür.
Xəstəliyin uyğun müalicəsi olmadığından nəticə çox pis olur. Xəstələr  ağciyər qanaxmasından və ya böyrək çatışmazlığından ölürlər.

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...