Dünya bazarında neftin qiymətləri kəskin azaldı

Dünya bazarında neftin qiymətləri kəskin azaldı
Dünya bazarında neftin qiymətləri kəskin azalıb. Belə ki, "Brent” markalı neft bir neçə dəqiqə ərzində 5 faizdən artıq ucuzlaşaraq 64,5 dollaradək geriləyib.

"Report” "Rbc.ru”ya istinadən xəbər verir ki, bu rəqəm dünənki hərracların yekun göstəricisinə nisbətən 6,54% azdır. Bənzər dəyişiklik göstərən WTI markalı neftin də bir bareli əvvəlki hərracın yekununa nisbətən 5,4 faiz azalaraq 59,28 dollar səviyyəsinə enib.

Qeyd olunur ki, dünya bazarında neftin kəskin ucuzlaşması Səudiyyə Ərəbistanının neft sənaye müəssisələrinə Yəməndəki husi qiyamçılarının hücumları ilə başlayan kəskin bahalaşmadan sonra meydana gəlib. Belə ki, sentyabrın 16-da "Brent” markalı neftin bir barelinin qiyməti ötən həftənin son hərracındakı səviyyəsinə nisbətən 20 faizədək artaraq 71,95 dollaradək qalxmış, bazar ertəsinin hərracları adıçəkilən markanın 14,61 faiz bahalaşması ilə qapadılmışdı.

OXŞAR XƏBƏRLƏR

Tanınmış azərbaycanlı aktyor küçələrdə CORAB SATDI - VİDEO

Tanınmış azərbaycanlı aktyorun görüntüsü marağa səbəb olub.   Sfera.az Milli.az-a istinadən xəbər verir ki, Allahverdi Yolçuyev imkansızlıqdan Bak...

Trampın əlindəki sirli iz müzakirələrə səbəb oldu - FOTO

Trampın Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı kameralara tuş gələn əlindəki iz sosial şəbəkələrdə və mətbuatda geniş müzakirə mövzusuna çevrilib.  ...

Pirşağıda dənizdə batan şəxsin meyiti tapılıb

İyulun 18-də Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) batan 1 n...

Az yaşayan yeganə bürc

Astroloqlar arasında getdikcə daha çox səslənən fikrə görə, bürclər arasında bir bürc var ki, onun nümayəndələri statistik baxımdan digərlərindən daha az yaşayı...

Bəzi yerlərdə leysan olub, şimşək çaxıb - Faktiki hava

İyulun 19-u saat 11:00-a olan faktiki hava açıqlanıb.   Sfera.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyulun 19-u saat 11:00-...

Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı

Beyləqanda həkimi şantaj etməklə pul tələb edən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.   Sfera.az “Qafqazinfo”ya istinadla xə...