Ramil Quliyev Qloriya kubokunda qalib olub
İdman
17:50 / 17.09.2019
2098
Türkiyənin Antalya şəhərində atletika üzrə Qloriya kuboku yarışları keçirilib.
Sfera.az bildirir ki, 21 ölkəni təmsil edən 71 idmançı 10 növdə qüvvəsini sınayıb.
Türkiyə millisinin azərbaycanlı atleti Ramil Quliyev də yarışda iştirak edib. Kişilərin 200 m məsafəyə qaçışında mübarizə aparan atlet finişə 1-ci çatıb. Yarışın qalibi olan R.Quliyev məsafəni 20,08 saniyəyə qət edib.
Qeyd edək ki, R.Quliyev sentyabrın 27-dən oktyabrın 6-dək Qətərin paytaxtı Dohada keçiriləcək dünya çempionatında da qüvvəsini sınayacaq.