İlham Əliyev mükafata layiq görüldü
20:15 / 21.11.2015
1035
Amerika-Azərbaycan Ticarət Palatası (AMCHAM) Azərbaycan Prezidenti İlham Əliyevi daimi diqqətə və münasibətlərin inkişafına verdiyi töhfəyə görə "Leadership Award" mükafatına layiq görüb.
Sfera.az Trend-ə istinadən məlumatına görə, mükafatı dövlət başçısının adından Azərbaycanın maliyyə naziri Samir Şərifov qəbul edib.
Mükafat Bakıda AMCHAM-ın 20 illiyinə və ABŞ ticarət missiyasının Azərbaycana səfərinə həsr olunmuş tədbirdə verilib.