“Ermənilər ora girib, hamını öldürüblər” - "Neftçi"nin futbolçusu Xocalı haqda

“Ermənilər ora girib, hamını öldürüblər” -
 

"Neftçi"nin müdafiəçisi Kirilo Petrov ukraynalı jurnalist Roman Bebekə geniş müsahibə verib.

Sfera.az qol.az-a istinadən xəbər verir ki, telemüsahibə Bakının mərkəzində - İçərişəhər, Dənizkənarı Milli Park, həmçinin "Neftçi" klubunun bazasında aparılıb. Müsahibədə Petrova Azərbaycanla bağlı fərqli suallar ünvanlanıb. Bu zaman Petrov Xocalı soyqırımına da toxunub.

Petrov bildirib: "Neçə ildir Azərbaycanda yaşayıram. Ölkənin tarixini bilirəm. Amma məsələnin digər tərəfindən xəbərim yoxdur. Burada hansısa kənddə soyqırım olub. Ermənilər ora girib, hamını - uşaqları, hamilə qadınları öldürüblər. Dəhşətli hadisələr olub. Bakıda Xocalı prospekti var və həmin hadisələrə görə abidə ucaldılıb. Bu, azərbaycanlıların erməniləri sevməməsinin səbəblərindən biridir. Hər şeyi bilmədiyim üçün çox danışa bilmirəm. Bu, siyasi məsələ olduğundan, çox qarışmaq istəmirəm.

Bu, Rusiya ilə Ukrayna arasında olan məsələyə oxşayır. Amma biz heç vaxt onlarla qardaş kimi olmamışıq. Çünki həmişə fərqlənmişik. Həm xarakter baxımından, həm də digər aspektlərdə. Onlar heç vaxt mənim üçün qardaş olmayıblar. Qoy, mənim soyadım Petrov olsun. Bilmirəm, hansısa babamdan qalıb. Məni burada rus hesab etmirlər. "Kirilo" çağırırlar.

 

Mənə deyildiyi kimi, 1990-cı ildə Rusiya bu ölkəni işğal etmək istəyib. Amma insanlar tankların qarşısına çıxaraq, buna imkan verməyiblər. Öz hüquqlarını və müstəqilliklərini qoruyublar".


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...