İdman Arbitraj Məhkəməsi Neymarın cəzasını yüngülləşdirilib

İdman Arbitraj Məhkəməsi Neymarın cəzasını yüngülləşdirilib
 

İdman Arbitraj Məhkəməsinin (CAS) iclası keçirilib.

Sfera.az bildirir ki,  İsveçrənin Lozanna şəhərində baş tutan yığıncaqda Fransanın PSJ klubunun futbolçusu Neymarla bağlı məsələyə baxılıb.

UEFA-nın üç oyunluq diskvalifikasiya etdiyi hücumçunun cəzası yüngülləşdirilib. Braziliyalı yalnız iki avrokubok matçını buraxacaq.

 

Ötən mövsüm PSJ-nin "Mançester Yunayted”ə uduzaraq Çempionlar Liqası ilə vidalaşmasından sonra hakimləri sərt tənqid edən Neymar qrup mərhələsinin ilk iki oyununu buraxacaq. O, "Real” və "Qalatasaray”a qarşı oynamayacaq. Oktyabrın 22-də "Brügge” ilə görüşdə PSJ cənubi amerikalının xidmətindən yararlana biləcək.

 

OXŞAR XƏBƏRLƏR