Xoşbəxt Yusifzadə: ""Əsrin müqaviləsi"nin əleyhdarları da var idi"

Xoşbəxt Yusifzadə:
 

"Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi vəziyyətini tamam dəyişdi".

Sfera.az-ın APA-ya istinadən  məlumatına görə, bunu "Əsrin müqaviləsi"nin bağlanmasının 25 illiyi ilə bağlı jurnalistlərin suallarını cavablandıran SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadəyə deyib.

O bildirib ki, 90-cı illərin əvvəllərində Azərbaycanın iqtisadi vəziyyəti çox pis vəziyyətdə idi: "Respublikamız yenicə müstəqil olmuş, əlaqələr kəsilmişdi. Bundan başqa, SSRİ-nin son illərində Azərbaycanın neft sənayesinə bir o qədər fikir verilmirdi. Müstəqillik illərində isə "Günəşli", "Azəri-Çıraq" yataqları açılsa da, ancaq "Günəşli"nin 200 metrə qədər sahəsində işləmək mümkün idi".

 

X.Yusifzadə "Əsrin müqaviləsi"nin Heydər Əliyevin şah əsəri olduğunu vurğulayıb: "Çünki bu müqavilə Azərbaycanın iqtisadi inkişafını təmin etdi. Azərbaycanda tez bir zamanda inkişaf etdiriləcək, sosial inkişafı təmin edəcək ayrı bir sahə də yox idi. Neftin hasil olunması, açılmış yataqların işə salınması üçün Heydər Əliyev neftçiləri toplayaraq belə qərara gəldi ki, mütləq xarici şirkətlərlə əməkdaşlıq etməliyik. Özümüzə qalsaydı, gərək 30-40 il gözləyəydik. Əlbəttə, bunun əleyhdarları da var idi. Amma bu sosial vəziyyətdə 30-40 il gözləyə bilməzdik. "Əsrin müqaviləsi" respublikanın sosial vəziyyətində dönüş yaratdı. Əgər biz 1997-ci ildə maksimum 9 milyon ton neft hasil edirdiksə, 2010-cu ildə 51 milyon ton neft hasil etdik. Bundan sonra xarici ölkələrin bizə inamı artdı, müqavilələrin sayı 35-ə çatdı. Neftdən gələn gəlirlər bütün respublikasının sosial vəziyyətinin düzəlməsini təmin etdi".



OXŞAR XƏBƏRLƏR

Tanınmış azərbaycanlı aktyor küçələrdə CORAB SATDI - VİDEO

Tanınmış azərbaycanlı aktyorun görüntüsü marağa səbəb olub.   Sfera.az Milli.az-a istinadən xəbər verir ki, Allahverdi Yolçuyev imkansızlıqdan Bak...

Trampın əlindəki sirli iz müzakirələrə səbəb oldu - FOTO

Trampın Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı kameralara tuş gələn əlindəki iz sosial şəbəkələrdə və mətbuatda geniş müzakirə mövzusuna çevrilib.  ...

Pirşağıda dənizdə batan şəxsin meyiti tapılıb

İyulun 18-də Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) batan 1 n...

Az yaşayan yeganə bürc

Astroloqlar arasında getdikcə daha çox səslənən fikrə görə, bürclər arasında bir bürc var ki, onun nümayəndələri statistik baxımdan digərlərindən daha az yaşayı...

Bəzi yerlərdə leysan olub, şimşək çaxıb - Faktiki hava

İyulun 19-u saat 11:00-a olan faktiki hava açıqlanıb.   Sfera.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyulun 19-u saat 11:00-...

Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı

Beyləqanda həkimi şantaj etməklə pul tələb edən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.   Sfera.az “Qafqazinfo”ya istinadla xə...