Kriştiano Ronaldo hönkür-hönkür ağladı - VİDEO

Kriştiano Ronaldo hönkür-hönkür ağladı - VİDEO
 
Portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldo "Good Morning Britain" verilişində aparıcı Piers Morqana müsahibə verib.

Sfera.az bildirir ki,  hazırda İtaliyanın "Yuventus" klubunun formasını geyinən futbolçu atası ilə bağlı videonu izlədikdən sonra göz yaşlarına hakim ola bilməyib. Ronaldo atasının onun uğurlarını görə bilmədiyinə görə məyus olduğunu bildirib:

"Ailəm, anam, hətta böyük oğlum belə uğurlarıma şahid oldu, amma atam gənc yaşda öldü və heç nə görmədi. Alkoqolik olduğu üçün onunla heç vaxt normal ünsiyyətim olmayıb. Uğurlarımı görmədiyi üçün kədərliyəm".

Qeyd edək ki, K.Ronaldunun atası Xose Dinis Aveyro 2005-ci ildə 52 yaşında qaraciyər serrozundan vəfat edib. 

Xose Dinis 1961-1976-cı illərdə Anqolanın müstəqilliyi uğrunda mübarizədə iştirak edib. Həmin dövrdə insanlar sudakı yoluxucu xəstəliklərdən qorunmaq üçün su əvəzinə pivə içirdi. Dinis həmin dövrdə içkiyə qurşanıb. 

Atası vəfat edərkən Ronaldonun 20 yaşı var idi və İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edirdi. Futbolçu atasını müalicə etdirmək üçün İngiltərəyə gətirsə də, onun həyatını xilas etmək mümkün olmamışdı.
 



OXŞAR XƏBƏRLƏR

AYNA minib-düşmə məntəqələrinin sayını artırıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 8 Noyabr prospektindəki avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsin...

Paraşütlə qayalara çırpılan qadınla bağlı yeni TƏFƏRRÜAT

İyulun 7-də Siyəzən rayonunda, “Beşbarmaq piri” adlanan ərazidə paraşütlə qayalara çırpılaraq həyatını itirən Məcidova Nuranə Tofiq qızı Bakıda yaşa...

Yeni hakimlər kollektivə təqdim olundular

Bu gün Azərbaycan Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinə yeni təyin edilən hakimlər Otari Qvaladze, Fərhad Tutayuk,...

Ginekoloq Aygün Məmmədovadan Avstriyada uğurlu çıxış- FOTOLAR

Ginekoloq Aygün Məmmədova 29 iyun - 5 iyul tarixlərində Avstriyanın Zalsburq şəhərində keçirilən “Weill Cornell Seminar in Obstetrics and Gynecology&rdquo...

İranla sərhəddə narkotik qaçaqmalçılığına zərbə – 42 kq narkotik vasitə tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...

Mədəniyyət Nazirliyi Rusiya ilə bağlı o sənədi təkzib etdi - FOTO

Azərbaycan Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürməyib.   Sfera.az xəbər verir ki, bu barədə Mə...