Manuel Noyer: "Ter Şteqen o sözləri üzümə deməli idi"

Manuel Noyer:
 

Almaniya milli komandasının qapıçıları - Manuel Noyerlə Mark-Andre ter Şteqen arasında soyuq münasibət yaranıb.

 

Sfera.az xəbər verir ki, "Barselona"dan çıxış edən ter Şteqen yığma komandada əsas qapıçı olmadığı üçün etiraz etmişdi.

 

Münhen "Bayern"inin kapitanı Manuel Noyer "Bild"ə açıqlamasında onun fikrinə münasibət bildirib:

 

"Ter Şteqenin etirazını, dediklərini eşitdim. Üzümə söyləmədiyi üçün xoşuma gəlmədi. Biz bir komandayıq və qalib gəlmək üçün mümkün olan hər şeyi etməliyik. Belə davranış bizə kömək etməz. Dürüst olmaq lazımdırsa, ilk qapıçı olmağımın səbəbi yaxşı oynamağımdır. Hamımız oynamaq istəyirik. Komanda şəklində, qapıçılar da daxil olmaqla bir-birimizə bağlı olmalıyıq. Komandamız hər şeydən vacibdir".

 

Ter Şteqen millidə əsas qapıçı olmadığı üçün bu sözləri demişdi: "Millidə ehtiyatda olmaq mənim üçün çətindir. Əlindən gələni edirsən, amma lazım olan yerdə deyilsən. Artıq "bir nömrə" olmaq istəyirəm".


OXŞAR XƏBƏRLƏR