“Lotu Quli”nin düşməni olan “GƏNCƏLİ ALBERT” kimdir? – DOSYE + VİDEO

“Lotu Quli”nin düşməni olan “GƏNCƏLİ ALBERT” kimdir? – DOSYE + VİDEO
 Azərbaycanlı "qanuni oğru"lar arasında hazırda ən nüfuzlusu - Nadir Səlifova qarşı həmyerliləri getdikcə daha da təşkilatlanırlar.

Sfera.az bildirir ki,  "Lotu Quli”yə qarşı müxalif birləşməyə Rafiq Eyvazov (Rafiq Masallinski), Cavid Məmmədov (Dato Ağcabədinski), Emin Əhmədov (Emin Hacıqabulinski), Ceyhun Əsgərov (Ceyhun Gəncinski), Zaur Şipilov (Zaur Naxçıvanski) və hazırda uzunmüddətli həbs cəzası çəkənlər - Əli Heydərov (Albert Gəncinski), Hacıbaba Talıbxanlı (Hacı Beyləqanski) və Ülfət Tağıyev (Rufo Gəncinski) daxil olub.

Əli Heydərovun oğru adı "Lotu Quli” tərəfindən iki dəfə alınıb. O bir də öz adını bərpa etsə də, Nadir Səlifov yenidən onun adını almağa nail olub.
 
Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. 1996-cı ildə Azərbaycandan Rusiyaya köçüb və Arxangelskdəki Komsomolskaya mütəşəkkil cinayətkar dəstəsinə qoşulub.

2000-ci ildə oğurluq, döymə və öldürmə təhdidi də daxil olmaqla bir neçə sayda cinayətdə təqsirli bilinib və ilk məhkumluğunu yaşayıb. Məhkəmə Alberti 6 il azadlıqdan məhrum edib.

Həbsdə yatdığı dövrdə isə Timur Sverdlovski, Merab Mzarelua, Gela və Gizo Kardava kimi oğrularla tanış olub və onların hörmətini qazanıb.

Albert həbsdən çıxdıqdan sonra kriminal aləmin "general”larından sayılan "Ded Xasan”ın klanına daxil ola bilib.

Bu klan tərəfindən 2002-ci ildə Sank-Peterburqda keçirilən "sxodka”da "qanuni oğru” adı alıb.

 


Bundan sonra "Albert Gəncinki”, "Albert Rıjıy”, "Albert Arxangelsk” kimi ayamalarla tanınmağa başlayıb.

 
Ded Xasan tərəfindən "Albert Rıjıy” Rusiyanın Şimal-Qərb regionu üzrə "smotryayuşi” təyin edilib.

Albert "Ded Xasan”ın qətlindən sonra da klana sadiq qalıb. O, Rusiya vətəndaşı ilə evlənib və iki uşağı Arxengelskdə qeydiyyatdadır.

Həmin dövrlərdə "Lotu Quli” Albetlə eyni klanda olmasına baxmayaraq, aralarında narazılıq yaranır.


2014-cü ilin mart ayının 18-də iki killer "Albert Rlıjıy”ı öldürmək məqsədilə onun yaşadığı evin ətrafında pusqu qurub. Moskva nömrəli "Audi A8”də öz qurbanını güdən killerləri yaxınlıqda daha bir avtomobil gözləyib. ”Kalaşnikov" avtomatı və iki tapança ilə silahlanan muzdlular məqsədlərinə çata bilməyiblər. Polis azərbaycanlı avtoriteti qətlə yetirmək istəyənləri həbs edib. Polis bölməsində məlum ki, həbs edilənlər Naberejnıy Çelnı vilayətində qeydiyyatda olan Aleksey Şparuta və Ruslan Koryaqindir.

Rusiya mətbuatı o zaman yazırdı ki, həbs edilənlər deyiblər ki, azərbaycanlı "vor zakon”un qətlinin sifarişini Peterburqda yaşayan bir nəfərdən alıblar. Bir neçə gün sonra sifarişçi - Gürcüstanda anadan olmuş 32 yaşlı İlqam Hacıyev də həbs edilib. "Hamlet” ləqəbi ilə tanınan avtoritet əvvəl təslim olmaq istəməyib və yaşadığı mənzilin balkonundan qaçmağa cəhd edib. İkinci mərtəbədən düşmək istəyərkən polislər ona pnevmatik silahdan atəş açaraq yaralayıblar. Yüngül xəsarət aldığından səhəri gün onu istintaq təcridxanasına aparıblar. İddia olunurdu ki, "Hamlet” "Lotu Quli”nin qohumudur.

Sifarişdə "Lotu Quli”nin qohumunun adının hallanması kriminal aləmin diqqətini dərhal bu mövzuya yönəldib. "Albert Rıjıy” Piterdə "sxodka” keçirib və bu qətlinin sifarişçisi kimi "Quli”nin adının hallandırılması geniş müzakirəyə səbəb olub, onlar arasında münasibətləri daha da kəskinləşdirib.
 
Məhkəmədə hakim sui-qəsd cəhdinin kimlər tərəfindənsə təşkil olunduğuna və hazırlandığına dair ittihamın əsassız olduğu qənaətinə gəlib. Nəticədə sui-qəsdin təşkilatçısı kimi ittiham olunan İlqam Hacıyevə tam bəraət verilib. Muzdlu qatillər hesab edilənlər isə bəraət alır.

Bundan sonra "Lotu Quli” və Albert arasında müharibə başlayıb.

2017-ci ildə Ədirnə şəhərində "Albert Rıjiy” ilə Nadir Səlifovun adamları arasında silahlı toqquşma baş verib. Qarşıdurma tərəflərindən biri "Lotu Quli”nin qardaşı Namiq Səlifov, Lyoxa İrkutskiy və Beso Rustavskiy olub. Bu qanlı davada Albertin türkiyəli mühafizəçilərindən biri ölüb. Hansı ki, sonradan bu mühafizəçinin rəsmi polis əməkdaşı olduğu ortaya çıxır. Mühafizəçi Alberti öz silahı ilə müdafiə etmək istəyərkən , o yerindəcə öldürülüb. Bundan sonra Albert hadisə yerindən qaçır və gizlənir.

Hadisə zamanı Albertin etdiyi hərəkət və daha sonra qaçması kriminal aləmin qaydalarına zidd olduğu üçün onun "qanuni oğru” adı əlindən alınır.

Albert Mari El muxtar respublikasında həbsxanada öz "qanuni oğru” statusunu bərpa etməyə cəhd etsə də, Quli buna mane olub.

"Lotu Quli” bəyan edib ki, Alberti bundan sonra kriminal aləmdə kimsə "qanuni oğru” hesab edə bilməz. Qulinin bu qərarından sonra Albert "qanuni oğru” titulundan məhrum olub və kriminal aləmdə o avtoritet hesab olunmur.
 
Albert 2014-cü ildən həbsdədir. O, 2013-cü ildə baş vermiş bir soyğunçuluq hadisəsinə görə ittiham olunur. Belə ki, həmin vaxt internetdə "JEEP” avtomobilinin sərfəli qiymətə satıldığı haqda elan yerləşdirilib. Avtomobili almaq istəyən müştərilərdən biri görüş yerinə gələrkən cinayətkarlar onu soyub, pulunu alıblar. Cinayət işini Sankt-Peterburqun Fruzenski rayonunun prokurorluğu nəzarətə götürüb. İstintaq müəyyən edib ki, cinayət işinin təşkilatçısı Əli Heydərovdur.

Məhkəmə onu 7 il müddətə azadlıqdan məhrum edib. Albert 2021-ci ildə azadlığa buraxılacaq. Və yəqin ki, bundan sonra daha böyük "müharibə”lərin şahidi olacayıq.
 


OXŞAR XƏBƏRLƏR