Elşad Əhmədov istefa verdi

Elşad Əhmədov istefa verdi
 

"Sabah” klubunun baş məşqçi postunda dəyişiklik edilib. 

Sfera.az  xəbər verir ki, bu barədə Bakı təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, əsas komandanın baş məşqçisi Elşad Əhmədov bundan sonra klub prezidentinin müşaviri vəzifəsini yerinə yetirəcək. Qərar klub rəhbərliyilə təcrübəli mütəxəssis arasında qarşılıqlı razılıq əsasında qəbul olunub. "Ötən mövsüm Premyer Liqada debüt edən "Sabah”ın formalaşmasında, komandanın qurulmasında böyük əməyi olan Elşad Əhmədovun mütəxəssis kimi bilik və bacarığına klubun inkişafında ehtiyac var”, - deyə qeyd olunub.

Əsas komandanın baş məşqçi postu müvəqqəti olaraq klubun əvəzedici kollektivinin baş məşqçisi Rövşən Babayevə həvalə olunub. Yaxın günlərdə klubumuzun Müşahidə Şurasının növbədənkənar iclası keçiriləcək. İclasda komandanın son nəticələri müzakirə edilməklə yanaşı, yeni baş məşqçinin təyinatı məsələsinə də baxılacaq.


OXŞAR XƏBƏRLƏR

Güney mediası Arif Babayevin vəfatından yazdı

Güney Azərbaycan, xüsusən Təbriz mediası və sosial media şəbəkələrində Azərbaycan xalq artisti Arif Babayevin vəfatı ilə bağlı xəbərlər yayılıb.   Sf...

Arif Babayev dəfn olundu

Xalq artisti Arif Babayev I Fəxri xiyabanda dəfn olunub.   Sfera.az xəbər verir ki, əvvəlcə mərhumla Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçiri...

Baş İdarə əməliyyat keçirdi: həbs olunanlar var

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi i...

Hava çirkliliyi beyin qanaması riskini artırır - ARAŞDIRMA

ABŞ-nin Yuta ştatında aparılan yeni elmi araşdırma hava çirkliliyi ilə beyin qanaması arasında mümkün əlaqəni üzə çıxarıb. Yuta Universitetinin neyrocərrahı Dr....

Bank of Baku inklüziv cəmiyyəti dəstəkləyir:autizmli uşaqlarla bir gün

Bank of Baku-nun təşəbbüsü ilə növbəti sosial yönümlü tədbir həyata keçirilib.   Belə ki, Bank of Baku-nun təşkilatçılığı və “Birgə və sağlam&r...

Mədəniyyət dərisinə girmiş siyasi dəllal və ya “мальчик на побегушках”

Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun guya Azərbaycanda rus mədəniyyətinin ləğv edilməsi barədə verdiyi açı...