22 faiz abituriyent 500-dən çox bal toplayıb

15:32 / 15.09.2019
2399
Bu il Bakı şəhəri üzrə qəbul imtahanlarında iştirak edərək uğur qazanmış abituriyentlərin 22 faizi 500 və 500-dən çox bal toplayıb.
Bu barədə Sfera.az-a idarədən məlumat verilib.
"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəb məzunlarından ali məktəblərə qəbul imtahanlarında iştirak edən 17 505 nəfərdən 13 012 nəfər, yəni 74 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunub", - deyə idarədən qeyd edilib.