158 hakimliyə namizəd müsabiqənin növbəti mərhələsinə buraxılıb

14:39 / 15.09.2019
1950
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ilə Hakimlərin Seçki Komitəsi tərəfindən hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərlə test imtahanı keçirilib.
DİM-dən Sfera.az-a verilən məlumata görə, imtahan kompüterlər vasitəsilə elektron qaydada aparılıb.
Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub. İmtahanda iştirak edən 206 namizəddən 158 nəfər müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.