Kəndlərdə elektrik enerjisi sistemi yenidən qurulacaq - RƏSMİ

Kəndlərdə elektrik enerjisi sistemi yenidən qurulacaq - RƏSMİ
"2015-ci ildə "Azərişıq” ASC yaradılanda elektrik enerjisi üzrə texniki itki 13,9% təşkil edirdi. 2016-cı ildə bu rəqəm 10%-ə, 2017-ci ildə 9,9%-ə, 2018-ci ildə 9,8%-ə qədər endirilib".

Sfera.az xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, bu gün də "Azərişıq” texniki itkilərin azaldılması, uçot sisteminin təkmilləşdirilməsi, habelə dayanıqlı elektrik təchizat sisteminin təmin edilməsi üçün işləri davam etdirir:
 
"Bunun üçün yenidənqurma işləri aparılır, ağac dayaqlar yeni dəmir-beton dayaqlarla əvəz olunur, eləcə də sayğaclar yenilənir. 2015-ci ildən bəri təxminən 1 milyon 200 minə yaxın abunəçi yeni sayğacla təchiz edilib. İlin sonuna qədər texniki itkilərinin xüsusi çəkisinin daha 0,1-0,2 faiz bəndi, növbəti ildə isə 0,5,%- 0,7% azalmasına nail olacağıq".

T.Mustafayev qeyd edib ki, "Azərişıq" Azərbaycanın kəndlərində elektrik enerjisi sisteminin yenidən qurulması ilə bağlı layihələndirmə işləri aparır:

"Son 4 ildə 400 kənddə, cari ilin 8 ayında isə 65 kənddə (0,4 kVt-luq şəbəkələrdə) yenidənqurma işləri aparılaraq ümumilikdə 350 min istehlakçının elektrik enerjisi təchizatının 24 saat dayanıqlığı və keyfiyyəti tam təmin olunub".

OXŞAR XƏBƏRLƏR

Bakı ilə Tehran arasında bu sazişin imzalanması təsdiqləndi

İran ilə Azərbaycan hökumətləri arasında təhlükəsizlik və hüquq-mühafizə sahəsində əməkdaşlıq haqqında Sazişin ilkin imzalanması təsdiq olunub.   Sfe...

Möylə Mirzəliyev yenidən reanimasiyaya köçürüldü

Bir müddət əvvəl "Yeni Klinika"da stasionar müalicəyə cəlb olunan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev ağırlaşma səbəbindən Reani...

Kavelaşvili Sahibə Qafarova ilə görüşdü

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Gürcüstan...

Sel suları Ağsuda avtomobil yolunu yararsız hala saldı - FOTO

Yağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel suları Ağsu rayonunun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb. ...

Sabunçu tunelində işlər davam etdirilir - VİDEO

Hazırda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şabran, Qusar, Xızı, Siyəzən, Samux rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış əraz...

İlham Əliyev Armitacın vəfatı ilə bağlı başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev ictimai-siyasi xadim Riçard Armitacın ilə bağlı onun ailəsinə başsağlığı məktubu ünvanlayıb.   Sfera.az xəbər veri...