Prezident Latviya və Böyük Britaniyanın ölkəmizə yeni təyin olunmuş səfirlərini qəbul edib
14:30 / 14.09.2019
7557
Prezident İlham Əliyev sentyabrın 14-də Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dainis Qarançsin etimadnaməsini qəbul edib.
Bu barədə Sfera.az-a Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.
Prezidenti İlham Əliyev sentyabrın 14-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarpın etimadnaməsini də qəbul edib.